Yurgen Klopp: “Sona qədər mübarizə aparacağıq”backend

Yurgen Klopp: “Sona qədər mübarizə aparacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Premyer Liqasında “Liverpul” “Sauthempton” üzərində qələbə qazanaraq çempionluq üçün son tura şanslarını saxlayıb.

Editor.az “sporx” a istinadən xəbər verir ki, matçdan sonra “Liverpul”un baş məşqçisi Yürgen Klopp “Mançester Siti” ilə aparılan çempionluq mübarizəsindən danışıb.

“Çempionluq üçün ümidimiz sona qədər qalıb. Futbolçuların oynadıqları oyundan zövq aldığını gördüm və çox xoşbəxt oldum. Qapımızda çox bəsit bir qol gördük. Cərimə zərbəsi də ola bilərdi. Ancaq bu önəmli deyil. Uşaqlarla qürur duyuram. Yanvardan bu yana cəmi üç dəfə heç-heçə oynamışıq. Sona qədər mübarizə aparacağıq. Son oyunumuzda çempionluq üçün çıxacağıq. Ancaq əsas olan “Aston Villa”nın “Mançester Siti” ilə olan oyunudur. Bütün diqqətimizi oyuna yönəldəcəyik”,- deyə alman baş məşqçisi bildirib.

//Nəzərbəy, Editor.az