Yuri İqnat: Rusiyada raket qıtlığı varbackend

Yuri İqnat: Rusiyada raket qıtlığı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibə başlayandan ruslar 800-dən çox ballistik raket itirib.

Editor.az bildirir ki, bunu “United News” telemarafonunun efirində Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat mümkün kütləvi raket zərbələri ilə bağlı sualı cavablandırarkən deyib. “İnfrastrukturumuza yönəli bütün strateji raket ehtiyatı faktiki istifadə olunub. Xatırlatmaq istəyirəm ki, 570-ə yaxın qanadlı raket məhv edilib”, İqnat deyib.

Lakin düşmən məqsədinə çatmayıb və daha ucuz variantdan – idarə olunan bombalardan istifadə etməyə keçib. Çox güman ki, onlar köhnə sovet X-50 raketlərini “alır” və yəqin ki, onların istehsalını bərpa edəcək: “Onlar təkcə “T-52” tanklarını deyil, həm də bütün ehtiyatları cəlb eedəcəklər, çünki sursat, mərmi və raket çatışmazlığı var”, – spiker qeyd edib. İqnatın sözlərinə görə, indi düşmənin strateji aviasiyası müəyyən hadisələrdən sonra aerodromlara səpələnir və bəzən uçuşlar həyata keçirirlər. Əsas bazaları Engels aerodromudur.

  //Samir Qurbanov,Editor.az