Yuri Qorbunov: rus olmaq utanvericidirbackend

Yuri Qorbunov: rus olmaq utanvericidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalı teleaparıcı və prodüser Yuri Qorbunov bildirib ki, indi bütün dünyada rus ulduzlarına qarşı birmənalı münasibət formalaşıb və həmin münasibət müsbət deyil.

Bu barədə Editor.az “Unian.net”ə istinadən məlumat verir. Məşhur şoumen İnstaqram bloqunda yazıb: “Dünyada ruslara münasibət indi birmənalıdır! Və “Biz günahkar deyilik” deməyə ehtiyac yoxdur.

Bunlar siyasətçilərdir!” Hamı günahkardır. Hər kəs! Rus olmaq ayıbdır!”, – Qorbunov yazıb. Yuri Qorbunovun mesajına isə aşağıdakı məzmunda şərhlər gəlir: “Onlar bir despot, bir qatil yetişdirdilər”, “Qoy öz sevgili Rusiyalarına qayıtsınlar, orada xoşbəxt yaşasınlar”. “Niyə təəccüblənirlər, xalq özünü yaxşı aparsaydı, onlara belə münasibət olmazdı, hamı başa düşərdi ki, insanlar buna qarşıdırlar, döyüşməyə üstünlük verirlər”. Oğlu dinc, günahsız insanları və uşaqları öldürən, qadınları zorlayan ana isə deyir ki, “ona çox ağırdır”.

  Editor.az