“Yuventus”dan ŞOK ayrılıqbackend

“Yuventus”dan ŞOK ayrılıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2005-ci ildən “Qoca Sinyora”nın heyətində çıxış edən Corco Kellininin (Giorgio Chiellini) komandan ayrılacağı haqqında məlumat yayılıb. Editor.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 2023-cü ilə qədər müqaviləsinin olmasına baxmayaraq Kellini bu qərara İtaliya millisinin Dünya Çempionatından kənarda qalmasından sonra gəlib.

Ulduz müdafiəçi həm şəxsi səbəblərə görə, həm də peşəkar fəaliyyətinə görə ABŞ-a köçmək istəyir. 37 yaşlı Kellinin ABŞ-a getmək istəməsinin əsas səbəbi orda təcrübə yığmaq və gələcəkdə Turin təmsilçisinin məşqçilər heyətində yer almaqdır.

Qeyd edək ki, Kellini cari mövsümdə “Yuventus” forması ilə 17 dəfə yaşıl meydana ayaq basıb.

//Nəzərbəy Hacıağayev, Editor.az