“Yuventus” – “İnter” oyununda 2 qol vuruldubackend

“Yuventus” – “İnter” oyununda 2 qol vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə İtaliya çempionatının 26-cı turunda “Yuventus” “İnter”ə 2:0 hesabı ilə qalib gəldi. Nəzər Media.az Trend-ə istinadən bildirir ki, görüş daha əvvəl koronavirusun ölkədə yayılması ilə əlaqədar təxirə salınmışdır və tamaşaçı olmadan keçirilib.

Qolları Aaron Remzi (55-ci dəqiqə) və Paulo Dibala (67) vurublar.

63 xal toplayan “Yuventus “çempionatın turnir cədvəlində liderdir, ikinci isə 62 xalla “Latsio” gəlir. “İnter” komandası aktivində 54 xalla üçüncü yeri tutur.

Növbəti matçda “Yuventus” martın 13-də səfərdə “Boloniya” ilə görüşəcək, “İnter” martın 15-də “Sassuolo”nu qəbul edəcək.

Turun 8 martda keçirilən digər matçları: “Milan” – “Cenoa” (1:2), “Parma” – “SPAL” (0:1), “Sampdoria” – “Verona” (2:1) və “Udineze” – “Fiorentina” (0:0).