İtaliya nəhəngi “Yuventus” üç futbolçu ilə yollarını ayırmağa qərar verib. Editor.az “Sporx” saytına istinadən xəbər verir ki, “qoca” sinyora bu qərara “Mançester Yunayted”dən Paul Poqbani transfer etdikdən sonra qərar verib. Turin təmsilçisi Aron Ramzey, Adrien Rabyo və Artur Melo ilə yollarını ayırmaq istəyir. “Yuventus” səbəb olaraq Ramsey və Rabyoya 7 milyon avro maaş verdiyini, Meloya isə bundan artıq maaş verdiyini bildirib. Klubun əsas hədəfi bu maaş yükündən xilas olmaqdır. Adrien Rabyonu PSG-dən Leandro Paradesi transfer etmək üçün istifadə etmək istəyirlər. Melunun isə artıq İngiltərə Premyer Liqası klublarından biri ilə razılaşdığı məlum olub.
//Nəzərbəy Hacıağayev, Editor.az

