“Yuventus”un başı dərddə: Komanda birdən-birə 3-cü yerdın 10-cu yerə yuvarlandıbackend

“Yuventus”un başı dərddə: Komanda birdən-birə 3-cü yerdın 10-cu yerə yuvarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya Federal Apellyasiya Məhkəməsi maliyyə pozuntularına görə Turin “Yuventus”unu İtaliya çempionatının turnir cədvəlindəki 15 xaldan məhrum edib. Beləliklə, komanda üçüncü yerdən onuncu yerə düşməklə hazırda 22 xala malikdir.

Editor.az İtaliya mənbələrinə istinadən bildirir ki, prokurorluq komandanın xallarının silinməsini, həmçinin bir neçə funksionerin futboldakı işindən uzaqlaşdırılmasını tələb edib. “Yuventus”un sabiq prezidenti Andrea Anelli və keçmiş icraçı direktoru Mauritsio Arrivabene 24 ay, keçmiş idman direktoru Fabio Paratiçi 30 ay, keçmiş vitse-prezident Pavel Nedved isə 8 ay müddətinə futboldan uzaqlaşdırılıb. Məhkəmə işdə iştirak edən digər klublara da bəraət hökmünü qüvvədə saxlayıb. Söhbət Sampdoriya, Pro Verçelli, Genoa, Parma, Piza, Empoli, Novara və Peskara klublarından gedir.

İtaliya hakimiyyətinin iddiaları klubun 2018, 2019 və 2020-ci illər üçün hesablarını öyrəndikdən sonra ortaya çıxıb. Prokurorluq hesab edib ki, bu müddət ərzində turinlilər maliyyə hesabatlarını saxtalaşdırıblar. “Yuventus”un idarə heyəti isə 2022-ci ilin oktyabrında istefa verib.

 //Samir Qurbanov, Editor.az