Yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edən qidalarbackend

Yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edən qidalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pəhriz insanın yuxu keyfiyyətinə ciddi təsir göstərir. Buna görə də dietoloqlar və mütəxəssislərinin fikrincə, bu və ya digər şəkildə qidalanmaqla yuxu keyfiyyətini yaxşılaşdırmaq olar.

Editor.az mövzu ilə bağlı DailyMail- də gedən bir məqaləyə istinadən daha yaxşı yatmağınıza kömək edəcək yeddi məhsulun adını çəkir. Bunlara pendir, albalı, az şəkərli taxıllar, banan, badam, maqnezium və Omeqa-3 ilə zəngin qidalar daxildir. “Pendir və digər süd məhsullarının tərkibində daha asan yuxuya getməyə kömək edən amin turşusu olan triptofan və stressi azaltmağa kömək edən kalsium var. Albalı, şirin dənli bitkilər və banan – triptofan deyil, melatonin (yuxu hormonu) istehsalını artıran təbii maddələrin mənbəyidir “. Maqneziumla zəngin qidalara gəldikdə, bunlara balqabaq toxumu, ispanaq, badam və tünd şokolad daxildir. Omeqa-3 balıq, çia toxumu və kətan toxumu da ola bilər. Bildirilir ki, həzm zamanı qanda şəkərin oynamasının qarşısını almaq üçün son yeməyi yatmazdan ən azı iki saat əvvəl yemək daha yaxşıdır. Həmçinin, yağlı və ədviyyatlı qidalardan uzaq durmaq lazımdır.

Mütəxəssislərin fikrincə, spirt, kofein və tütün kimi yuxuya mane ola biləcək qidalar ürək xəstəlikləri və həzm sistemi pozğunluqlarına səbəb ola bilər.

//Gülnarə Abasova, Editor.az