“Yuxusuzluq unutqanlığı sürətləndirir”- ARAŞDIRMAbackend

“Yuxusuzluq unutqanlığı sürətləndirir”- ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika mütəxəssislər maraqlı araşdırma aparıblar. Belə ki, müayinələrdə 5 saatdan az yatan yaşlılarda demans (yaddaşın itirilməsi) riskinin 7-8 saat yuxu yatan yaşlılara nisbətən 2 dəfə çox olduğu müəyyən edilib.

Editor.az xarici mediaya istinadən bildirir ki, həmin araşdırma nəticəsində yaşlılarda yuxu pozğunluqları və bunun fəsadları müzakirə olunub. Mütəxəssislər keyfiyyətli yuxunun əhəmiyyətinə də diqqət çəkiblər. Yaşlılara 5 saat və ya daha az yatmamaları məsləhət görülüb.

Mövzuyla əlaqədar danışan türkiyəli mütəxəssis Kəbirət Gültop bildirib ki, xəstə gecəni tam yata bilmirsə günə yorğun başlaya bilər:

“Gündüz yuxulaması artdıqca gecə yuxusunda da bölünmələr davam edə bilər. Beləliklə, xəstəlik irəliləyə bilər. Məlum olduğu kimi, demensiya unutqanlıqla başlayan bir xəstəlikdir. Yaddaş zəifliyi olan insanların düzgün yatması da çox vacibdir. Ona görə də demensiya xəstələri nizamlı yatmalıdır. Pasientimiz düzgün yuxu aldıqca səhərlər daha güclü oyanır, gün ərzində yatmağa meyli azalır. İmmuniteti də daha güclü olur”.

//Safura Bənnayeva, Editor.az