Yüzlərlə ABŞ əsgəri təlimlər üçün Finlandiyaya gələcəkbackend

Yüzlərlə ABŞ əsgəri təlimlər üçün Finlandiyaya gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Payızda Draqsvik kəndində Finlandiyanın Uusimaa Briqadasına təlim keçmək üçün 400-500 ABŞ əsgəri gələcək.

Editor.az bu barədə xarici mediaya istinadla yazıb.

Silahlı Qüvvələrin Baş Qərargahı və Uusimaa Briqadası xəbəri təsdiqləsə də, əməliyyatda neçə əsgərin iştirak edəcəyini dəqiqləşdirməyib.

Yle qeyd edib ki, əsgərlərin sayı çox böyükdür və onların hamısının briqadaya daxil olub-olmayacağı hələlik bəlli deyil.

“Hər şey planlaşdırma mərhələsindədir; bu, böyük ölçüdə hansı bölmələrin gələcəyindən və onların nə qədər olacağından asılıdır. Onlar oktyabrdan dekabradək üç ay burada qalacaq və noyabrda keçiriləcək əsas hərbi təlimlərdə iştirak edəcəklər”, – sözçü əlavə edib.

2022-ci ilin payızında Finlandiyaya 150 ABŞ əsgəri gəlib. 2023-cü ildə daha 250, 2024-cü ildə isə daha 200 əsgər gələcək.

//Gülnarə Abasova, Editor.az