Yüzlərlə əsir, 74 yaşayış məntəqəsi: Ukraynanın Kursk hücumunun nəticələribackend

Yüzlərlə əsir, 74 yaşayış məntəqəsi: Ukraynanın Kursk hücumunun nəticələri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Kursk vilayətində 74 yaşayış məntəqəsinin hazırda ölkə silahlı qüvvələrinin nəzarətində olduğunu bildirib.

Onun sözlərinə görə, X sosial şəbəkəsində “mürəkkəb gərgin döyüşlərə baxmayaraq” Ukrayna Silahlı Qüvvələri bölgədə irəliləməyə davam edir. Zelenski həmçinin deyib ki, ordu “mübadilə fondunu” artırıb, yəni ukraynalılarla mübadilə etmək üçün xeyli əsir götürüb. O, konkret neçə rus əsgərinin əsir götürüldüyünü açıqlamasa, onların “yüzlərlə” olduğunu bildirib.

Bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Ukrayna prezidentinə bildirmişdi ki, Rusiyanın nəzarətində olan ərazinin ölçüsü min kvadrat kilometrdir. Bu, Rusiya qoşunlarının Ukraynanın Donetsk və Xarkov vilayətlərinə hücumlar zamanı ələ keçirdiyi ərazidən bir qədər azdır. Lakin bu qiymətləndirmənin müstəqil təsdiqi yoxdur və bir çox hərbi ekspertlər və analitiklər tərəfindən tənqid olunur.

//Samir Qurbanov, Editor.az