Z və V nişanlı araqlar istehsal ediləcəkbackend

Z və V nişanlı araqlar istehsal ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada Ukraynaya qarşı müharibənin simvolları olan Z və V nişanlı araq istehsal ediləcək. Bu barədə Editor.az “RBC” Rospatent-in məlumatına əsasən xəbər verir. Xəbərə görə, “Baykal-Invest” şirkəti Rospatent-ə yeni araq adlarının qeydiyyatı üçün ərizə verib. Bu araq adlarında Z və V hərfləri əksini tapacaq.

Həmin adlar bunlardır: “Z – своих не бросаем” (özümüzkiləri tərk etmirik) və “Сила V правде” (güc həqiqətdədir). Lakin hələlik bu adların qeydiyyatı ilə bağlı qərar yoxdur. Xatırladaq ki, “Baykal-Invest” 2003-cü ildən “Putinka” arağı istehsal edir. Şirkətin son benefisiarları Putinin yaxın dostları – Boris və Arkadi Rotenberqlə bağlıdır. Avropa İttifaqı, Böyük Britaniya, ABŞ, Kanada və bir sıra digər ölkələrdə Rotenberqlərə qarşı sanksiyalar tətbiq edilib, onların daşınar və daşınmaz əmlakı isə müsadirə olunur.

  Editor.az