Zabit Səmədov vida görüşündə nokautla QALİB GƏLDİbackend

Zabit Səmədov vida görüşündə nokautla QALİB GƏLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan kikboksçusu Zabit Səmədovun vida döyüş gecəsinə start verilib.

Milli Gimnastika Arenasında keçirilən və Almaniyanın “Mix Fight Championship” təşkilatının təşkil etdiyi döyüş gecəsində ilk olaraq rinqə 72,5 kq çəki dərəcəsində kikboksçular çıxıb.

Kristian Baya (Niderland) 3 raundun yekununda Seyfulla Xambaxadovdan (Rusiya) üstün olub.

Qeyd edək ki, Zabit Səmədov vida döyüş gecəsində braziliyalı sabiq UFC döyüşçüsü, “Yekəayaq” ləqəbli Antonio Silva ilə qarşılaşacaq. Bu döyüşün təxminən saat 23:00-da başlayacağı gözlənilir.

Son məlumatlara görə, Zabit Səmədov özünün vida döyüşündə qalib gəlib.

//Editor.az