Zabratdakı GÜCLÜ YANĞIN məhdudlaşdırılıbbackend

Zabratdakı GÜCLÜ YANĞIN məhdudlaşdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən avtomobil təmiri sexində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində avtomobil təmiri sexində yanğın başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, yanğın avtomobil təmiri sexinin ikinci mərtəbəsində yerləşən kafeyə də keçib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.