Zahid Oruc icra hakimiyyətlərinə çağırış etdibackend

Zahid Oruc icra hakimiyyətlərinə çağırış etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yerli icra hakimiyyətləri şəhid ailələrini, qaziləri qəbul etməlidirlər, onları qapılarda gözlətmək olmaz.

Editor.az-ın məlumatına görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin sədri, Milli Məclisin deputatı Zahid Oruc şəhid ailələri və qazilərlə keçirdiyi görüşdə deyib.

O vurğulayıb ki, icra hakimiyyətləri Vətən müharibəsi iştirakçıları və onların ailələri ilə bağlı xüsusi qəbul günü müəyyən etməlidir.

“Bu, icra hakimiyyətlərinin xüsusi arzularından, baxış bucaqlarından asılı olmamalıdır. Xüsusi bir gün təyin olunmalı və Vətən müharibəsi iştirakçıları, şəhid ailələri və qazilər qəbul olunmalı, şikayətləri dinlənilməlidir”, – deyə Z.Oruc əlavə edib.