Zakir Həsənov görüşdə Lentsova nə deyib? – Separatçılar açıqladıbackend

Zakir Həsənov görüşdə Lentsova nə deyib? – Separatçılar açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı Aleksandr Lentsovun Bakıya səfəri zamanı uğurlu nəticə əldə etmək mümkün olmayıb.

Bu barədə məlumatı Xankəndidəki qanunsuz rejimin saxta “dövlət naziri” Qurgen Nersisyan deyib.

O, görüşdən sonra Qarabağ ətrafında yaranan situasiya ilə bağlı müsbət dəyişiklikliyin olmadığını bildirib. Nersisyan tezliklə Lentsovla görüşəcəyini və bundan sonra daha detallı məlumat verəcəyini söyləyib.

Qeyd edək ki, bundan öncə Lentsov Bakıya gələrək Müdafiə Nazirliyində görüş keçirib. O, görüşə gəlməzdən əvvəl separatçılara Bakıdakı danışıqların son ümid olduğunu bildirmişdi.

Globalinfo.az