Zakir Həsənov iki korpus komandirini ehtiyata buraxdı – RƏSMİ + FOTObackend

Zakir Həsənov iki korpus komandirini ehtiyata buraxdı – RƏSMİ + FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda iki general ehtiyata buraxılıb.

Editor.az bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat əldə edib.

Məlumata əsasən, Müdafiə naziri Zakir Həsənovun imzaladığı əmrlə 3-cü ordu korpusu – Şəmkir hərbi birləşməsinin komandiri, general-mayor Xəqani Cəbrayılov ehtiyata buraxılıb.

Digər əmrlə 4-cü Ordu korpusunun – Bakı hərbi birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov ehtiyata buraxılıb.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə hər iki generalın vəzifəsindən kənarlaşdırılması barədə məlumatlar yayılmışdı.