Zakir Həsənov İran Ordusunun Baş Qərargah rəisi ilə telefonla danışıbbackend

Zakir Həsənov İran Ordusunun Baş Qərargah rəisi ilə telefonla danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.