Zalujnının istefası Ukraynanı iki yerə böldübackend

Zalujnının istefası Ukraynanı iki yerə böldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının istefası Ukraynanı iki yerə bölüb.

Editor.az  axar.az-a istinadən bildirir ki, bu barədə İspaniyanın “Mundo” qəzetinin materialında deyilir.

Nəşrdə vurğulanıb ki, ukraynalıların bir hissəsi Zalujnının istefasını düzəlməz səhv hesab edərək kədərlənir. Digərləri onun böyük xarizmasını xatırlayaraq istefasına yas tutur, lakin etiraf edirlər ki, münaqişə dondurulmazdan əvvəl bəzi hərəkətlərə ehtiyac var idi.

54-cü briqadadan olan ukraynalı serjant ispan jurnalistlərə müsahibəsində deyib ki, kimin üstün olduğunu deyə bilməz, vəzifədən qovulmuş Zalujnı, yoxsa yeni baş komandan Sırski, lakin bu, hərbi deyil, siyasi qərardır.