Zamiq oğlunun videosuna görə tənqid olundu: “Deyirlər, uşağa qışqırırsan” – VİDEObackend

Zamiq oğlunun videosuna görə tənqid olundu: “Deyirlər, uşağa qışqırırsan” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Zamiq Hüseynov oğlu Zeydin sosial şəbəkədə yayımladığı videosundan danışıb.

Editor.az axşam.az-a istinadən bildirir ki, sənətçi “ATV maqazin onlarla” proqramında sosial şəbəkədə buna görə tənqid olunduğunu bildirib. Videoda övladını yatması üçün Zamiqlə qorxudulmasına ifaçı belə reaksiya verib:

“Övladımla bağlı ikinci dəfədir nəsə paylaşırdım. Bir dəfə fotosun qoydum, indi də videosunu. İstədim izləyicilərə pozitiv ab-hava ötürüm. Uşaq yatmaq istəməyəndə onu mənim adımla qorxudurlar. Bir-iki dəfə olub ki, yatmayıb, gedib qapıda “Yat” deyib qışqırmışam. Bu da onun yadında qalıb. İnsanlar yazırlar ki, uşağın üstünə qışqırmaq olar? Onu o qədər sevirəm ki, üstünə qışqırmaram. Ətrafımda bir-iki dostumun, qohumlarımın övladı var ki, onları da mənim səsimlə qorxudub yatızdırırlar. Hətta səsimi telefona yazıblar, onu eşitdirib yatızdırırlar. Bəzən bir-iki uşaq olub video çəkib atmışam ki, “Yenə yatmırsan?”.

Oğlundan danışan Zamiq “Mahnılarıma qulaq asır. Yemək yeyəndə mütləq “Mən səni sevirəm” dinləməlidir. Oxşar cəhətimiz isə odur ki, küsəyəndir. Özümdə ən çox sevmədiyim xasiyyətim indi oğluma keçib” sözlərini əlavə edib.

Loading...