Zamiqlə Zaur niyə küsüb?backend

Zamiqlə Zaur niyə küsüb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Zamiq Hüseynovla aparıcı Zaur Baxşəliyev uzun müddət küsülü qalıb.

 

Editor.az xəbər verir ki, ifaçı bu haqda “Zaurla Günaydın” verilişində qonaq olarkən deyib. O bildirib ki, uzun müddətdir araların soyuqluq var:

“20 ildir dostuq. Amma son neçə ildir aramızda soyuqluq yaranmışdı. Bilmirəm niyə, səbəbi yoxdur. Bir gün Günay zəng etdi ki, gəlin oturaq, görək aranızda nə baş verib. Bir-birimizdən uzaqlaşmışdıq”.

Zaur isə İnstaqramda belə bir-birilərini izləmədiklərini deyib./Axsam.az