Zaporojye administrasiyası: “Biz artıq Ukraynanın bir hissəsi deyilik, Rusiyaya qayıdırıq”backend

Zaporojye administrasiyası: “Biz artıq Ukraynanın bir hissəsi deyilik, Rusiyaya qayıdırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada daha çox Rusiya ordusunun nəzarətində olan Zaporojye vilayətinin hərbi-mülki administrasiyasının şura üzvü Vladimir Roqov bölgədə keçirilən referendumdan sonra açıqlamalar verib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, o, Zaporojyenin artıq Ukraynanın bir hissəsi olmadığını bəyan edib.

“Səslərin hesablanmasının yekunlaşdığı referendumun nəticələrinə görə, Zaporojyedə yerli əhalinin 93,1 faizi Rusiyaya birləşməyə “hə” deyib. Zaporojye vilayətinin 73 faizi Rusiya ordusunun nəzarətindədir, lakin bölgənin inzibati mərkəzi olan Zaporojye şəhəri Kiyev qüvvələrinin nəzarətindədir”- deyə Roqov bildirib. Bununla belə, Roqov qeyd edib ki, tezliklə bütün regionun müstəqilliyini elan etməyi planlaşdırır. Donbass, Xerson və Zaporojyedə yerli əhalinin Rusiyaya qoşulmaq istəyib-istəmədiklərinin soruşulduğu referendum prosesi dünən başa çatıb. Hər üç regionda yerli əhalinin demək olar ki, hamısı Rusiyaya birləşmək lehinə səs verib. Rusiya prezidenti Vladimir Putin də referendum prosesinin əvvəlində sözügedən bölgələrin qərarını dəstəkləyəcəklərini bildirmişdi.

Qeyd edək ki, referendumlar nəticəsində oktyabrın 4-də Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurasının növbəti iclasında Donetsk və Luqansk Xalq Respublikasının, Xerson və Zaporojyenin Rusiyaya birləşmək xahişlərinin müzakirə ediləcəyi gözlənilir. Federasiya Şurasının referendumun nəticələri ilə bağlı növbədənkənar toplaşmayacağı açıqlanıb.

//Gülnarə Abasova, Editor.az