Zaporojye AES-in enerji aldığı iki xarici hava xəttindən biri zədələyibbackend

Zaporojye AES-in enerji aldığı iki xarici hava xəttindən biri zədələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 2-də rusların açdığı atəş nəticəsində müvəqqəti işğal altında olan Zaporojye AES-in enerji aldığı iki xarici hava xəttindən birini zədələyib.

Editor.az bildirir ki, bu barədə Ukrayna Atom Elektrik Stansiyalarının operatoru “Enerqoatom”un mətbuat xidməti məlumat yayıb. Hazırda Zaporojya AES yalnız bir elektrik ötürücü xətti ilə Ukraynanın enerji sisteminə qoşulub. İkinci xətt zədələnərsə, Zaporojye AES-də reaktorun özəklərini və yanacaq saxlama hovuzlarını soyudan nasosların xarici enerji təchizatının itirilməsi səbəbindən fövqəladə vəziyyət yaranacaq, – Energoatom bildirir.

Ukraynalı mütəxəssislər hələ də zərərin baş verdiyi əraziyə baxış keçirə və xəttin təmirinə başlaya bilmirlər. Çünki ərazinin Rusiya qoşunları tərəfindən təkrar atəşə tutulması təhlükəsi var. Məlumatda bildirilir ki, təhlükəsizlik təmin olunan kimi xətdə təmir işləri aparılacaq.

//Samir Qurbanov, Editor.az