Rusiya qoşunları tərəfindən işğal edilmiş Enerqodar sakinləri şəhəri tərk etməyə çağırılıb.
Editor.az bildirir ki, şəhər merinin birinci müavini İvan Samoydyuk “Azadlıq” radiosuna verdiyi şərhdə ələ keçirilən Zaporojye atom elektrik stansiyasına nəzarətin itirilə biləcəyi barədə xəbərdarlıq edib.
“Əlbəttə ki, açıq təhdidlər yoxdur, lakin stansiyanın işləmə üsulundan aydın olur ki, vəziyyət hər an nəzarətdən çıxa və kritik ola bilər”, – Samoydyuk bildirib. Hələ də işğal olunmuş əraziləri tərk edə bilməyənlərə Samoydyuk onlara sənədləri hazırlamağı və “siqnal çamadanlarını” yığmağı, maşınlarını tam yanacaqla təmin etməyi tövsiyə edib.
//Samir Qurbanov,Editor.az

