Ruslar Zaporojye Atom Elektrik Stansiyasındakı 4-cü enerji blokunu “soyuq dayandırma” vəziyyətindən çıxarıblar və istismar tələbləri ilə qadağan olunan “isti bağlanma” vəziyyətinə keçiriblər. Bu cür vəziyyət isə qəzaya səbəb ola bilər.
Editor.az NNEGC Energoatom-un mətbuat xidmətinə istinadən xəbər verir ki, yaranmış vəziyyət stansiyanın təhlükəsizlik baxımından vacib olan avadanlıq və sistemlərinin qaçılmaz şəkildə deqradasiyasına gətirib çıxara, son nəticədə isə radioaktiv qəzanın baş verməsinə səbəb ola bilər”, – NNEGC Energoatom-un prezidenti Petr Kotin bildirib.
//Samir Qurbanov, Editor.az

