Zaporojye Atom Elektrik Stansiyasında (ZNPP) vəziyyət həyəcanlıdır – MAQATE rəhbəri Rafael Qrossibackend

Zaporojye Atom Elektrik Stansiyasında (ZNPP) vəziyyət həyəcanlıdır – MAQATE rəhbəri Rafael Qrossi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hərbi əməliyyatların davam etməsi səbəbindən Zaporojye Atom Elektrik Stansiyasında (ZNPP) vəziyyət həyəcanlı olaraq qalır.

Editor.az bildirir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi deyib. O, xatırladıb ki, aprel ayında Zaporojya AES-in ərazisi dron hücumlarına məruz qalıb: “Mən deyərdim ki, vəziyyət narahat olmaqda davam edir, çünki hazırda hərbi əməliyyatlar davam edir. Bir neçə epizod olub ki, onlardan biri məni BMT Təhlükəsizlik Şurasına qaytarıb”, – deyə Qrossi bildirib. O əlavə edib ki, elektrik stansiyasındakı vəziyyəti “çox kövrək” kimi xarakterizə edəcək.

Xatırladaq ki, aprel ayında Zaporojya AES-in ərazisi dəfələrlə atəşə tutulub.

//Samir Qurbanov, Editor.az