Pentaqon Ukraynaya məxsus F-16 qırıcısının Zaporojye vilayətində vurulması ilə bağlı xəbərləri şərh etməyib. “ABŞ Müdafiə Nazirliyinin heç bir açıqlaması və ya məlumatı yoxdur.
Bununla bağlı hər hansı təfərrüat üçün sizi Ukrayna tərəfinə yönləndirərdik”, – Pentaqonun mətbuat xidmətinin nümayəndəsi bildirib.
Bundan əvvəl Rusiya İctimai Palatasının komissiya sədri Vladimir Roqov vurulan qırıcı haqqında danışıb. O, dekabrın 26-da bəyan edib ki, F-16 raket zərbəsi hazırlığından əvvəl vurulub.
//Samir Qurbanov, Editor.az

