Ukrayna müdafiə qüvvələri Zaporojye vilayətinin Robotino kəndini tamamilə azad edib.
Editor.az bildirir ki, bunu Müdafiə nazirinin müavini Anna Malyar milli xəbər marafonunun efirində deyib. “Cənubda biz hücum həyata keçiririk. Düşmən Zaporojye və Xerson vilayətlərində müdafiədədir. Robotino azad edilib və qoşunlarımız Robotinodan cənub-şərqə və Malaya Tokmaçkanın cənubuna doğru irəliləyir”.
Malyar aydınlaşdırıb ki, söhbət Novodanilovka və Novoprokopovka, eləcə də Malaya Tokmaçka və Oçeretovatı istiqamətlərindən gedir. “Bu, düşmənin şiddətli müqavimətinə baxmayaraq, hazırda qüvvələrimizin irəlilədiyi istiqamətdir”, – Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.
Malyar həmçinin əlavə edib ki, Ukrayna qoşunları Baxmut istiqamətində də 1 kv. km ərazini azad edib.
//Samir Qurbanov, Editor.az