Zaporojye vuruldu: dinc sakinlər arasında ölənlər və yaralananlar varbackend

Zaporojye vuruldu: dinc sakinlər arasında ölənlər və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Zaporojyedəki sənaye müəssisəsinə raket zərbəsi endirməsi nəticəsində 3 dinc sakin həlak olub.

Editor.az bildirir ki, bu barədə Zaporojye vilayət prokurorluğu, Zaporojye vilayət polis idarəsinin rəisi İvan Fedorov məlumat verib. Prokurorluğun məlumatına görə, 2024-cü il aprelin 8-də saat 12:30 radələrində rus qoşunları Zaporojyenin infrastrukturuna hücum edib.

Raket yerli müəssisələrdən birinə düşüb. Atışma nəticəsində 3 mülki şəxs həlak olub, yaralılar var: “Zaporojye Vilayət Prokurorluğunun prosessual rəhbərliyi altında hərbi qanunların və müharibə adətlərinin pozulması, qəsdən adam öldürmə (CM-nin 438-ci maddəsinin 2-ci hissəsi) ilə bağlı cinayət işi üzrə ibtidai istintaq başlanıb”.

VHA rəhbəri aydınlaşdırıb ki, 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Daha əvvəl 14 binaya, o cümlədən 7 hündürmərtəbəli binaya, səhiyyə və mədəniyyət müəssisəsinə ziyan dəyib.

//Samir Qurbanov, Editor.az