Zaporojyedə gənc azərbaycanlıların meyitləri tapıldıbackend

Zaporojyedə gənc azərbaycanlıların meyitləri tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Zaporojye vilayətinin hazırda işğal altda olan Toxmaq şəhəri ətrafında azərbaycanlıların meyitləri tapılıb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, meyitləri tapılan azərbaycanlılar 28 yaşlı Şahin Qarayev və 25 yaşlı Ruslan Alıyevdir.

Onların hər ikisi Ukrayna vətəndaşlarıdır. Uzun zamandır itkin düşmüş hər iki azərbaycanlının meyitləri üzərində ciddi işgəncə əlamətləri olduğu bildirilir.

Hazırda onların meyitlərinin azərbaycanlılar tərəfindən ailələrinə çatdırılması prosesi gedir.