Rusiyanın Zaporojyedəki çoxmərtəbəli binaya raket hücumu nəticəsində azı 5 nəfər həlak olub.
Editor.az bildirir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının sədri Yuri Malaşko, Zaporojye vilayətinin polisi, Patrul Polis İdarəsinin rəisinin birinci müavini Aleksey Biloşitski məlumat verib.
Malaşkonun sözlərinə görə, itkin düşmüş hesab edilən 3 nəfərin cəsədi dağıntılar altından çıxarılıb. Beləliklə, Zaporojyedəki hücumun qurbanlarının sayı 5 nəfərə yüksəlib. Daha 5 yaralı da tibb müəssisələrinə çatdırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları raketin düşdüyü anın videoyazısını nümayiş etdiriblər.
//Samir Qurbanov, Editor.az

