Zaqatala-Qax yolunda maşın aşdı, sürücü öldübackend

Zaqatala-Qax yolunda maşın aşdı, sürücü öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Anar Abdulla oğlu Musayev idarə etdiyi “VAZ 21099” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A.Musayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

A.Musayeva xəstəxanada açıq kəllə-beyin travması diaqnozu qoyulub və o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, A.Musayev aldığı bədən xəsarətlərindən xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.