Zaqatala sakininin əlində QUMBARA PARTLADI – Müharibə veteranı öldübackend

Zaqatala sakininin əlində QUMBARA PARTLADI – Müharibə veteranı öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində iki nəfər kənd sakini-1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Editor.az -a verilən məlumata görə, həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov həlak olub.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, həlak olan şəxs Vətən müharibəsi iştirakçısıdır.