Zaqatalada marşrut avtobusu qəzaya düşüb.
Oxu.Az xəbər verir ki, rayon mərkəzindən Muğanlı kəndi istiqamətində hərəkət edən marşrut avtobusu Dağlı kəndi ərazisində sürüşərək kanala düşüb.
Daxili İşlər Nazirliyinin (DİN) Şəki Regional Qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.