Zaqatalada dəhşətli qətl: 44 yaşlı yaşlı müəllimə güllələndibackend

Zaqatalada dəhşətli qətl: 44 yaşlı yaşlı müəllimə güllələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatalada baş verən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, ilkin araşdırma zamanı məlum olub ki, hadisə Natavan Əhmədovanın ata yurdunda baş verib. Belə ki, həmin gün bacı-qardaş və yaxın qohumlar mərhumun atası Mövlud kişinin il mərasiminə toplaşıblar. Mərasimdə hələ ki məlum olmayan səbəbdən 35 yaşlı Nurlan Mövlud oğlu Əsgərov bacısı 44 yaşlı Natavan Əhmədovaya odlu silahdan atəş açıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan Natavan Əhmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib.