Zarafat Ukrayna və Slovakiya arasında diplomatik qalmaqala səbəb oldu – FOTO/VİDEObackend

Zarafat Ukrayna və Slovakiya arasında diplomatik qalmaqala səbəb oldu – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın XİN rəhbəri Slovakiya Baş nazirinin zarafatından inciyib.

Bu barədə “Sputnik” xəbər yayıb.

Bildirilir ki, ukraynalı nazir Dmitriy Kuleba belə yumorun ölkələr arasında “dostluq və səmimi münasibətləri pozduğunu” bəyan edib.

“Qoy Slovakiyanın bir neçə regionu ilə mübadilə etsinlər”, – deyə ukraynalı diplomat əlavə edib.

Qeyd edək ki, Slovakiya Rusiyanın “Sputnik V” peyvəndini alıb. Bununla bağlı “Radio Expres”ə müsahibə verən ölkənin baş naziri İqor Matoviç zarafatla, vaksinin əvəzində hökumətin Rusiyaya Ukraynanın Zakarpatya vilayətini söz verdiyini bildirib.

Lakin o, sonradan bunun zarafat olduğunu açıqlayıb.

Baş nazirin sözlərinə görə, bir çoxları Rusiya ilə razılaşmaları avtomatik olaraq Slovakiyaya xəyanət sayırlar, lakin bu, belə deyil. Onun missiyası insanlara etibarlı bir vaksin təqdim etmək idi.

“Necə düşünürsünüz, mən onlara nə vəd etmişəm? Onlara heç bir söz verməmişəm, onlar məndən heç nə istəməyiblər”, – deyə baş nazir vurğulayıb.