Zatulin yenə sərsəmlədi: “Ermənilər Azərbaycanın daxilində yaşamağa hazır deyil“backend

Zatulin yenə sərsəmlədi: “Ermənilər Azərbaycanın daxilində yaşamağa hazır deyil“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın bəzi siyasətçiləri ermənipərəst mövqelərindən yenə əl çəkmirlər.

Editor.az xəbər verir ki, bu dəfə də Dövlət Dumasının deputatı Konstantin Zatulin sərsəm bəyanatla çıxış edib. O qeyd edib ki, Qarabağ erməniləri Azərbaycan daxilində yaşamağa hazır deyil, buna görə də Bakının Qarabağın müstəqilliyini tanıması doğru addım olar:

“Ən əvvəldən Dağlıq Qarabağ münaqişəsinin mərkəzində olan əsas məsələ, yəni Dağlıq Qarabağın statusu həll olunmamış qalır. Əvvəlcə Ermənistan və Dağlıq Qarabağ (qondarma rejim-red.) status məsələsinin Azərbaycanla razılaşmalar nəticəsində həll edilməli olduğuna əsaslandırdılar. Müstəqilliyin tanınması müqabilində bəzi bölgələrin ona veriləcəyini dedilər. İndi isə bu ərazilər hərbi əməliyyatların dayandırılması qarşılığında verilib”.

Ermənipərəst deputat məntiqsiz çıxışını davam etdirərək Azərbaycan SSR-in ərazi bütövlüyü çərçivəsində istənilən qərarı qəbuledilməz hesab etdiyini bildirib. O, SSRİ-dən çıxdıqdan sonra Azərbaycanın Qarabağın əhəmiyyətli bir hissəsinə sahib olmadığını deyib:

“Azərbaycanın gələcəkdə bitməyən bir sıra hərbi münaqişələr, qarşıdurmalar və qarşılıqlı nifrət yaratmaması, Dağlıq Qarabağın müstəqilliyi məsələsində qərara gəlməsi ağlabatan olardı”.