Zaur Baxşəliyev haqqındakı iddialara son qoydu: “Hava limanında…”backend

Zaur Baxşəliyev haqqındakı iddialara son qoydu: “Hava limanında…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparıcı Zaur Baxşəliyev ATV kanalında fəaliyyətinə son qoyub xarici ölkəyə köçəcəyi haqqında yayılan xəbərlərə münasibət bildirib.

Editor.az teleqraf.com-a istinadən bildirir ki, Zaur Baxşəliyev aparıcısı olduğu “Bizimləsən” verilişində bu sözləri deyib:

“Haqqımızda hər gün nəsə yazırlar. Gah verilişimi açırlar, gah bağlayırlar, gah xaricə göndərirlər, yenidən Azərbaycana qaytarırlar. Hava limanında tıxaca salırlar. Özləri müsahibə verirlər, özləri cavablandırırlar. Çox qəribə bir ab-havanın içindəyik. Olsun. Buradan hamıya keçmiş olsun deyirəm”.

Qeyd edək ki, Zaur Baxşəliyev ATV-də “Zaurla günaydın” və “Bizimləsən” verilişinin aparıcısıdır.