Zaur Kamalın oğlu: Universitetdə gəzə bilmirəm, deyirlər ki… – VİDEObackend

Zaur Kamalın oğlu: Universitetdə gəzə bilmirəm, deyirlər ki… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Televiziya aparıcısı Zaur Kamal yenicə universitetə daxil olan oğlu Bartudan danışıb. Oğlunu da özü ilə birgə “Həmin Zaur” proqramına çıxaran aparıcı övladının ictimai nəqliyyatdan istifadə etdiyini deyib:

“Bartu efirə çıxıb gəlib evdə deyir ki, ata, mən universitetdə gəzə bilmirəm. Universitetdə deyirlər ki, Zaur Kamalın oğlu da metro ilə gəlib-gedər?”

Editor.az  yenisabah.az-a istinadən bildirir ki, Bartu Kamal isə cavabında sadə insan olduğunu bildirib:

“Mən də deyirəm ki, biz də insanıq. Metro yaxşıdır, tıxac-filan olmur. Ayrı-seçkilik olmaz, hamımız sadə insanlarıq”.

Qeyd edək ki, teleaparıcının övladı bu il Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. O, atası kimi televiziya aparıcısı olmaq niyətindədir.