Zaur Kərimov vəzifəsindən getdibackend

Zaur Kərimov vəzifəsindən getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qida Təhlükəsizlik Agentliyinin (AQTA) Bakı Regional bölməsinin rəisi vəzifəsindən istefa verib.

Editor.az  Manset.az-a istinadla xəbər verir ki, qurumun Bakı Regional bölməsinin rəisi Zaur Kərimov ərizə yazaraq AQTA-nın sədri Qoşqar Təhməzliyə təqdim edib.

Daha sonra Q.Təhməzlinin müvafiq əmri ilə Zaur Kərimov tutduğu vəzifəsindən azad edilib.

Onun vəzifəsi AQTA-nın Hüquq şöbəsinin müdiri Elşad İsgəndərova həvalə edilib. Zaur Kərimovun istefasının səbəbi bəlli deyil.

Qeyd edək ki, AQTA-nın Bakı Regional bölməsi qurumun ən mühüm strukturlarından hesab edilir.