Zaurla Günayın sözü ÇƏP GƏLDİ: Bir-birimizə uyğunlaşmağımız… – FOTObackend

Zaurla Günayın sözü ÇƏP GƏLDİ: Bir-birimizə uyğunlaşmağımız… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Psixoloqlar bildirirlər ki, yeni ailə quran cütlüklər üçün evliliyin 1-ci, 2-ci və 3-cü ili daha çətin olur və müəyyən illər var, hansı ki, o illərdə ailədə çətinliklər yaşanır”.

Milli.Az xəbər verir ki, bunu Günay “Zaurla Günaydın” verlişində deyib.

Həyat yoldaşının sözlərinə əsəbləşən Zaur, Günayın sözünü yarımçıq kəsib:

“Psixoloqlar özlərindən amerika kəşf etməsinlər. Vallah elə yaxşı başladınsa, elə də gedir. Nəyi çətin oldu?! Bizdə çətin oldu?”.

Günay Zaurun onun fikrinə müdaxiləsindən sonra bildirib:

“Ən azından uyğunlaşmaq, bir evdə yaşamaq məsələsinə görə…”.

Zaur həyat yoldaşının sögedən mövzuyla bağlı son sözlərinə belə reaksiya verib:

“Uyğunlaşmışdıq da, nə problem var idi ki, elə 1 də, 2 də, 3 də, 5 də, 10 da yaxşıdır. O boş-boş şeylərdir. Sən psixoloqa fikir vermə”.