Zaxarova: “Almaniya təhlükəsizlik baxımından ABŞ-dan tamamilə asılıdır”backend

Zaxarova: “Almaniya təhlükəsizlik baxımından ABŞ-dan tamamilə asılıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniyanın təhlükəsizlik baxımından ABŞ-dan tamamilə asılı olduğunu deyib.

Bu barədə o, “Facebook” hesabında yazıb:

“Almaniya hələ də çox maraqlı – təhlükəsizlik sahəsində asılı ölkə vəziyyətindədir”.

Zaxarovanın sözlərinə görə, ABŞ-ın ən böyük xarici kontingentlərindən biri Almaniyada yerləşir:

“Bu yaxınlarda Almaniya ABŞ-ın bəzi qoşunlarını başqa əyalətlərə köçürmək planlarından narazılığını dilə gətirib”.

Bundan əlavə, ABŞ-ın nüvə silahları Almaniyada yerləşdirilib.

Zaxarova qeyd edib ki, “Güc var, ancaq bu sənin deyil, onu idarə edə bilməzsən, sənə ondan istifadə etməyə icazə verilmir və eyni zamanda, onu itirməkdən qorxursan – bu, bir asılılıq əlamətidir”.