Zaxarova: Buçadakı görüntülər ABŞ-ın “sifarişi” ilə çəkilibbackend

Zaxarova: Buçadakı görüntülər ABŞ-ın “sifarişi” ilə çəkilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynanın paytaxtı Kiyev yaxınlığında yerləşən Buça şəhərindəki görüntülər ABŞ-ın sifarişi ilə Rusiyanı ittiham etmək məqsədi ilə çəkilib”.

Editor.az xəbər verir ki, bu sözləri “Rossiya 1” televiziyasına danışan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Zaxarova Buçadakı hadisələri təxribat olaraq qiymətləndirib.

XİN sözçüsü qeyd edib ki, görüntülərin yayımlanmasından sonra Qərbin ani reaksiyası bu hadisənin Rusiyanın nüfuzuna xələl gətirmək planının bir parçası olduğunu göstərir.

Qeyd edək ki, Zaxarova daha əvvəl Telegram-da verdiyi açıqlamasında qeyd edib ki, Ukrayna hökumətinin Buçada etdikləri sülh danışıqlarını pozmaq və zorakılığı artırmaq məqsədi daşıyır.

//Gülnarə Abasova, Editor.az