“Rusiyanın tərkibində olan bütün subyektlər Ukrayna ilə bağlı danışıqların predmeti ola bilməz”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımın Ukraynaya qaytarılmasının beynəlxalq hüququn tələbi olduğuna dair fikirlərini şərh edərkən iddia edib ki, Krım Rusiyanın ərazisidir:
“Rusiya regionları Rusiya Federasiyasının ərazisidir və heç bir danışıqların predmeti deyil. Konstitusiyamızı oxuyun”.
Qeyd edək ki, Türkiyə prezidenti ölkəsinin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, Krımın Ukraynaya qaytarılmalı olduğunu bəyan edib.
Musavat.com