Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-nun baş katibi Mark Ryuttenin Rusiya prezidentinin köməkçisi Vladimir Medinskiyə qarşı səsləndirdiyi tənqid və hücumların səbəbini izah edib.
Zaxarova bu barədə şəxsi “Telegram” kanalında paylaşım edib. Onun sözlərinə görə, Ryuttenin Medinskiyə — peşəkar tarixçiyə qarşı istehzalı münasibətinin səbəbi şəxsi komplekslər ola bilər.
“Hamı düşünürdü ki, niyə Ryutte tarixçi peşəsinə bu qədər təhqiramiz münasibət göstərdi. Məlum olub ki, o özü də bir vaxtlar pianoçu olmaq istəyib, amma nəticədə tarix ixtisası üzrə magistr dərəcəsi alıb”, — deyə Zaxarova bildirib.
//Samir Qurbanov, Editor.az

