Zaxarova: “Rusiya Ukrayna ilə aparılan danışıqlarda Putinin mövqeyinə dəqiq şəkildə riayət edir”backend

Zaxarova: “Rusiya Ukrayna ilə aparılan danışıqlarda Putinin mövqeyinə dəqiq şəkildə riayət edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukrayna ilə danışıqlarda keçən ilin iyununda prezident Vladimir Putin tərəfindən səsləndirilən mövqeyi izləyir.

Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

“Ölkəmizin mövqeyi Rusiya Prezidenti Vladimir Putin tərəfindən 14 iyun 2024-cü ildə dəqiq şəkildə ifadə edilib”, – deyə o, jurnalistlərə bildirib.

Zaxarova həmçinin Rusiyanın bu təlimatlar çərçivəsində nə dərəcədə sistemli, prinsipial və məntiqi hərəkət etdiyinə nəzər salmağa çağırıb.