Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova Rusiyanın xarici işlər naziri Sergey Lavrov və xarici işlər naziri Hakan Fidanla ən qısa zamanda Moskvada görüşəcəklərini bildirib.
Editor.az Rusiya mediasına istinadla xəbər verir ki, Zaxarova görüşün dəqiq tarixi və müzakirə olunacaq məsələlər barədə məlumat verməyib. Mayın 28-də keçirilən prezident seçkilərinin ikinci turundan sonra qurulan yeni hökumətdə xarici işlər naziri vəzifəsinə təyin olunan Fidan, planlar yekunlaşarsa, ilk səfərini Rusiyaya edəcək.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov cümə günü verdiyi açıqlamada Türkiyə tərəfi ilə təmasların davam etdiyini və bu təmaslar çərçivəsində xarici işlər naziri Hakan Fidanın Rusiyaya səfəri ilə bağlı işlərin aparıldığını bildirib. Prezident Rəcəb Tayyib Ərdoğan da Fidanın ən qısa zamanda Moskvaya gedəcəyini və taxıl müqaviləsinin gələcəyi ilə bağlı Rusiya rəsmiləri ilə danışacağını bildirib.
//Gülnarə Abasova, Editor.az