Zaxarova: Ukrayna neytrallığının vacibliyini nə qədər tez başa düşsə, hərbi əməliyyatlar bir o qədər tez başa çatacaqbackend

Zaxarova: Ukrayna neytrallığının vacibliyini nə qədər tez başa düşsə, hərbi əməliyyatlar bir o qədər tez başa çatacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya ilə Ukrayna arasında danışıqlar videokonfrans vasitəsilə davam edir və hərbi, siyasi və humanitar məsələlər ətrafında müzakirələr aparılır. Rusiyanın tələbləri son dərəcə sadə, başa düşüləndir və Rusiya ilə Ukrayna arasındakı danışıqların məqsəd və vəzifələrinə əsaslanır. Ümid edirik ki, siz Ukraynanın tərksilahı və denasifikasiya probleminin sülh yolu ilə həllinin, onun müstəqil Ukrayna xalqının və bütün Avropanın xeyrinə neytral dövlətə çevrilməsinin qaçılmaz olduğunu başa düşəcəksiniz. Nə qədər tez Kiyev nümayəndələri bunu başa düşürlərsə, xüsusi hərbi əməliyyatlar da bir o qədər tez başa çatacaq.Biz insanları öz həyatları barədə düşünməyə və müvafiq qərarlar qəbul etməyə çağırırıq”.

Editor.az “Sputnik Türkiyə”yə istinadla xəbər verir ki, bu sözləri həftəlik mətbuat konfransında çıxış edən Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, bildirib ki, Mariupolda teatr binasına hücumla bağlı Rusiyaya qarşı edilən ittihamlar yalandır:

“Kiyev rejiminin Mariupoldakı teatr binasına edilən və digər bir çox hücumlarda dərhal Rusiyanı günahlandırmağa çalışır. Əlbəttə, bunlar yalandır. Nə qədər video montaj etsələr, nə qədər montaj fotoları qoysalar da, həqiqət yenidən üzə çıxacaq”.

//Gülnarə Abasova, Editor.az