Zaxarova Yaxın Şərqdəki münaqişələrin həlli yollarından danışıbbackend

Zaxarova Yaxın Şərqdəki münaqişələrin həlli yollarından danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Yaxın Şərq ölkələri öz aralarında münaqişələri müstəqil şəkildə həll etməyə qadirdir.

Editor.az bu barədə rus mətbuatına istinadən xəbər verir.

“Biz inanırıq ki, region ölkələri mövcud problemləri və mübahisələri siyasi və diplomatik vasitələrlə müstəqil şəkildə həll edə bilər”, – diplomat bildirib.

Zaxarova həmçinin qeyd edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərq ölkələrinin sularında mövcudluğunun artması regionda vəziyyətin daha da gərginləşməsi təhlükəsi yaradır. Bu şərh ABŞ-ın ikinci təyyarədaşıyan gəmisinin İranın İsrailə gözlənilən hücumuna cavab olaraq bölgəyə gəldiyi zaman verilib.

ABŞ-ın husilərə qarşı əməliyyat keçirməsinə səbəb husilərin Qırmızı dənizdə ticarət gəmilərinə müntəzəm hücumları olub. Zaxarova həmçinin Yaxın Şərqin nəzarətsiz gərginliyin yaşandığı təhlükəli həddə çatdığını ifadə edərək, beynəlxalq ictimaiyyətin Qəzza zolağında axan qanı dayandıra bilməyəcəyini vurğulayıb.

//Gülnarə Abasova, Editor.az