Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauerin Rusiyaya qarşı nüvə silahından istifadə çağırışının qətiyyən qəbuledilməz olduğunu bildirib.
Editor.az xəbər verir ki, Mariya Zaharova YouTube-da verdiyi açıqlamada Kramp-Karrenbauerin Rusiyaya qarşı nüvə silahından istifadə etmək çağırışlarını qəbuledilməz adlandırıb. Zaxarova xatırladıb ki, Rusiya xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu əllərindəki faktlarla, emosiyalara qatılmadan bu cür bəyanatların və hücumların qəbuledilməz olduğu barədə açıq-aydın açıqlama verdiklərini xatırladıb.
Qeyd edək ki, Oktyabrın 21-də NATO-nun Rusiyanı nüvə silahları, o cümlədən hava məkanı ilə əhatə etməyi nəzərdən keçirib-gətirməməsi ilə bağlı suala Kramp-Karrenbauer “Alyans lazım gəldikdə Rusiyaya qarşı silahdan istifadə etməyə hazır olduğunu nümayiş etdirməlidir” deyə cavab vermişdi. Lavrov isə Kramp-Karrenbauerin izahatının fantaziya olduğunu bəyan edib.
Şoyqu keçmişdə atılan oxşar addımların necə nəticələndiyinin yaxşı məlum olduğunu düşündüyünü demişdi. Daha sonra Almaniyanın Moskvadakı hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb və ona mövzu ilə bağlı nota verilib.
//Gülnarə Abasova, Editor.az

